23 Dekabr 2024

Bərdə rayonunun Mustafaağalı kəndində şəhid ailəsinin üzləşdiyi melorasiya problemi aradan qaldırılıb – 8 min manatlıq iş görülüb.

Bərdə rayonunun Mustafaağalı kənd sakini , şəhid anası Əsli Muradova 1998-ci ildən bəri ona verilmiş pay torpağını əkib becərə bilmirdi. Səbəb də ərazinin çökək relyefdə yerləşdiyindən kənardan keçən suvarma sustemlərindən torpağa çökən suların əkin sahəsindən qaynaması olurdu.

Media1.az xəbər verir ki, bu ilin aprelində məsələ ilə bağlı Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin qəbulunda olan Əsli Muradovaya dərhal köməklik göstərilməsi üçün göstəriş verilib.

Bərdə rayon İcra Hakimiyyətinin Mustafaağalı kənd İƏD üzrə nümayəndəsi Qəhrəman Zeynalov, nümayəndənin müavini Yaşa Alıyev, Boyəhmədli bələdiyyəsinin sədri Elxan Vəliyev, kənd sudan istifadə edənlər assosasiyasının sədri Əli Məhərrəmov yardımçı işlərin görülməsində yaxından iştirak etmişdilər.

Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədov mütəmadi olaraq şəhid anasına məxsus pay torpağında görülən işlərə rəhbərlik etmişdir.

Ərazidə aparılan işlərə nəzarət etmiş idarənin sahə rəisi İlyas Səfərov bildirib ki, müraciət olunandan dərhal sonra melorasiya tədbiri həyata keçirilib. İlkin olaraq 500 metrlik balakanal qazılmaqla ərazidə yığılan suyun yolu açılıb. Ancaq, əkin sahəsi bataqlıq olduğundan birinci mərhələdə işi tamamlamaq mümkün olmayıb. Xeyli vaxt gözləmədən sonra əlverişli şərait yaranmış, ərazi quraqlayandan sonra, əlavə 600 metr xəndək qazılmaqla işlər tamamlanmışdır.

“Hyunday” ekskvatorunun mexanizatoru Nurlanın əməyinin nəticəsində şəhid anasının illərdən bəri mövcud olmuş problemi nəhayət ki, öz həllini tapmışdır.

Artıq , tam əminliklə demək olar ki, idarə rəisi Sərdar Əhmədovun birbaşa köməkliyi sayəsində şəhid anası Əsli Muradova ona məxsus əkin sahəsindən istədiyi kimi istifadə edə biləcəkdir.

Sonda onu da qeyd edək ki, şəhid anası Əsli Muradova ona göstərilən köməyə görə hakimiyyət orqanlarından razıdır. Göstərilən yardıma görə, Bərdə RİH-nin başçısı Vidadi İsayevə, Bərdə Suvarma Sistemləri İdarəsinin rəisi Sərdar Əhmədova təşəkkürünü bildirib.