18 Aprel 2024

Bərdədə metalişləmə sənəti nümunələrindən ibarət sərgi təşkil olunub

Bərdədə Əməkdar rəssam Mübariz Əkbərovun metalişləmə sənəti nümunələrindən ibarət sərgisi təşkil olunub.

Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Bərdə rayon Mədəniyyət Mərkəzində metal üzərində işləmə sahəsində tanınmış sənətkar, Əməkdar rəssam Mübariz Əkbərovun əsərlərindən ibarət sərginin açılışı olub.

Yaradıcılığı barədə məlumat verən Mübariz Əkbərov sərgidə əsasən Azərbaycanın qədim milli xəncər və qılınc nümunələri, bəzək əşyaları, həmçinin ərəb, ispan, ingilis xəncərlərinin nümayiş olunduğunu bildirib. Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə naxışlarla bəzədilmiş qılınc, xəncər, dəbilqə və digər nümunələr, həmçinin sənətkarın 70-dən çox əl işi nümayiş olunub.

Qeyd edək ki, sərgi Bərdə rayon Mədəniyyət Mərkəzində 16, 17, 18 may 2023-cü il tarixlərində davam edəcəkdir.