Bakıda bir neçə marşrut xəttinin hərəkət istiqaməti dəyişir
Təmirlə bağlı M1, M2, M6, 11 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək
Aprelin 5-də təmir-bərpa işləri ilə əlaqədar olaraq Xudu Məmmədov küçəsinin İlqar Zülfüqarov küçəsinin kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Media1.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Qeyd edilib ki, təmirlə bağlı M1, M2, M6, 11 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemlərinin müvəqqəti olaraq aşağıda göstərilən qaydada müvəqqəti təşkil edilib:
– M1, M2, M6 nömrəli ekspres marşrut “Həzi Aslanov “ metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə , daha sonra öz hərəkət sxemi üzrə;
– 11 nömrəli müntəzəm marşrut Ukrayna dairəsi – Vunqtau küçəsi – Gəncə prospekti – Sadıqcan küçəsi üzrə; hərəkəti müyyən edilmişdir.
– 104 nömrəli müntəzəm marşrutu isə “Həzi Aslanov “ metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi – Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müəyyən edilib.