23 Dekabr 2024

Bərdənin Üzeyir Hacıbəyli küçəsində şəhidlər bulağı inşa olunub

Musa Muradlı, Media1.az

Vətən savaşında canını Azərbaycan üçün fəda etmiş Şəhidlərimizin xatirəsini qədirbilən xalqımız əziz tutur , şəhid adlarının əbədiləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Aprelin 16-sı,yəni dünən 44 günluk Vətən Müharibəsində tarixi qələbənin əldə edilməsi üçün  misilsiz fədakarlıq göstərmiş Bərdə rayonunda anadan olan  şəhid Zeynalov Turqut Fikrət oğlunun ve şəhid Rzayev Ceyhun İsmayıl oğlunun adına Bərdə rayon Üzeyir Hacıbəyli  küçəsində inşa olunmuş  şəhid bulağının açılışı olub.

Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra  rayonun  Axundu Hacı Ramazan Huseynov, “Həyat” fondunun rəhbəri , xeyriyyəçi Hacı Nuran, “Şəhid ailələri,Qarabağ Müharibəsi Əlilləri,Veteranları” İctimai Birliyinin sədri Etibar xanım Hüseynova, Millət Vəkili Fatma Yıldırımın Köməkçisi Fuad Ağayev,”Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Bərdə Rayon filialının sədr müavini I ci qrup Qarabağ əlili Balakişiyev Elman və rayon sakinləri, şəhid valideyinləri, qazilər  iştirak edərək ürək sözlərini söyləmişdilər.

Qeyd edək ki, şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün inşa olunmuş bulağın təşəbbüskarları,Üzeyir Hacıbəyli küçəsinin  sakinləri Fərmanlı Azər Raqub oğlu və  Məmmədov  Vuqar Bilal oğludur.