22 Dekabr 2024

Azərbaycanın Ermənistanla birbaşa əlaqələr mexanizmi işə düşdü

Qərb iki ölkə arasında əlaqələri Rusiyanın inhisarından almaq üçün tərəfləri bir-biri ilə yaxınlaşdırmaq xətti tutub

Aprelin 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla ilk dəfə birbaşa telefon danışığı baş tutub. Bildirilib ki, tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Ermənistanla birbaşa əlaqələr mexanizmi haqda çoxdan danışılırdı. Hələ ötən il Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılığa gəlmişdilər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin belə birbaşa əlaqələrin yaranmasında maraqlı olduğu deyilir. Ancaq müdafiə nazirləri səviyyəsində hələ ki belə birbaşa təmas reallaşmayıb. İndi belə bir mexanizm ilk dəfədir ki, işə düşdü. Qərb iki ölkə arasında əlaqələri Rusiyanın inhisarından almaq üçün tərəfləri bir-biri ilə yaxınlaşdırmaq xətti tutub. Yəni hər hansı hərbi təxribat və yaxud toqquşma baş verəndə vasitəçiliyi olmadan, Kremlin zəngini gözləmədən tərəflər telefon əlaqəsi qursunlar, məsələni ikitərəfli danışıqlarla yoluna qoysunlar. İstənilən halda, əldə edilən razılaşma təqdir olunmalı haldır. Ən azından telefon zəngi ilə müəyyən məsələlər razılaşdırıla bilər.

Son gəlişmələr nədən xəbər verir?

Əlillik” altsistemində son aylarda 20-dən çox təkmilləşdirmə işi aparılıb”

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Ermənistan arasında birbaşa əlaqələrin qurulmağı vacibdir: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birbaşa təmasları tarixi hadisədir. İndiyə qədər Ermənistanın təcavüzçü işğal siyasəti və qəsbkarlıq ideologiyası səbəbindən iki ölkə arasında nazirlər səviyyəsində birbaşa təmaslar mümkün olmurdu. Ümumiyyətlə, Azərbaycan daim Ermənistanla problemlərin müzakirəsinin və ortaq həll yollarının tapılmasının mümkünlüyünü bəyan edib. Azərbaycan regionda sabitlik istəyir. Ermənistandan fərqli olaraq bu gün həm Qoşulmama Hərəkatının sədri kimi, həm də bölgənin inkişaf edən qalib ölkəsi kimi Azərbaycan Cənubi Qafqazın mühüm geostrateji mərkəzidir. Ona görə də Azərbaycanın xarici siyasət kursu rasional balanslı xəttə dayanır və ölkəmizin tutduğu mövqe bütün regionun gələcək tərəqqisinə töhfə verir. Bunu dərk edən Gürcüstan Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq edir. Ermənistan isə bütün qlobal əhəmiyyətli iqtisadi layihələrdən təcrid olunmuş vəziyyətdədir. Rəqəmlər də sübut edir ki, rəsmi İrəvan acınacaqlı haldadır və yeganə qurtuluşları etimad mühitinin yaradılmağından keçir. Ermənistanda 2022-ci ilin mart ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə əmtəə qiymətləri 7%-dən çox artıb ki, bu da kifayət qədər ciddi göstəricidir. Ərzaq məhsullarının qiymətlərinin ikirəqəmli artımı Ermənistan cəmiyyətində ciddi təlatümlər yaradır, xüsusən də 2022-ci ilin mart ayında ötən ilin mart ayı ilə müqayisədə ölkədə ərzaq məhsullarının 15 faizə qədər artımı qeydə alınıb. 2022-ci ilin mart ayında fevral ayı ilə müqayisədə avtomobil benzini və dizel yanacağının qiymətləri 3,3%, 7,6%, ötən ilin mart ayı ilə müqayisədə isə 25,4 və 39,9% artıb. Nəticədə bütün sahələrdə ciddi bahalaşma gözlənilir. İnflyasiyanın bu qədər yuxarı həddə olduğu bir ölkənin sülhdən və Azərbaycanla münasibətləri normallaşdırmaqdan başqa yolu yoxdur.

Ekspert qeyd etdi ki, Brüsseldəki aprel görüşündə xarici işlər nazirlərinə bu barədə tapşırıqlar verilməyi hadisələrin sonrakı inkişafı üçün mühüm zəmin yaratdı: “Bundan sonra Ermənistanın sərhəddə hansısa təxribatlar törədəcəyi hallar olanda da qarşılıqlı danışıqlar labüddür. Arada vasitəçilər əlbəttə ki, lazımdır. Amma Azərbaycan və Ermənistan sülhdən danışırsa, mütləq qarşılıqlı əlaqələr lazımdır. Düzdür, işçi qruplar səviyyəsində qarşılıqlı müxtəlif danışıqlar aparılsa da, bu gün nazirlər səviyyəsində aparılan danışıqlar xüsusi əhəmiyyətlidir. Əsas məsələ odur ki, Ermənistan bundan sonra bu prosesə sadiq qalsın. Bu günə qədər üçüncü tərəflərin təsirləri ilə müxtəlif təxribatlar törədən Ermənistana heç bir halda güvənmək olmaz. Məsələn, erməni nazir Ararat Mirzoyan sülhə razı olduqlarını bildirir, amma bir neçə gün sonra Ermənistan XİN boş böhtanlarla dolu ”bəyanat” yayır. Bu baxımdan söz Ermənistandadır. Heç şübhəsiz ki, Ermənistandakı faşist siyasi qüvvələr, xaricdən dəstəklənən “Hayastan” və “Şərəfim var” blokları hər cür siyasi iyrəncliklər edəcək ki, prosesi pozsunlar. İndi Ermənistan hakimiyyətinin üzərinə ciddi məsuliyyət düşür. Ermənistan öz xalqının taleyini və gələcəyini xaosdan çıxarmaq istəyirsə, regional layihələrdə iştirak etməlidir. Azərbaycan da, Türkiyə də ilk günlərdən Ermənistanla münasibətlərin inkişafında maraqlı olduqlarını bəyan edib. Cənab Prezident İlham Əliyev dəfələrlə bildirib ki, düşmənçilik regiona lazım deyil. Ermənistan indiyə kimi Qafqazı təlatümlər mərkəzinə çevirməyə çalışıb. Bundan sonra isə bu imkanlarından məhrumdur. Azərbaycanın 44 günlük savaşda qazandığı qələbə həm də bölgəyə marağı artırdı və gələcək iqtisadi sistemdə regionun dəyərini geri qaytardı”.

Məhəmməd Əsədullazadə: "Ölkədə narkotika istehsal edilir, yoxsa belə ucuz  qiymətə satılmazdı"

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə bunları dedi: “Avropa İttifaqının vasitəçiliyi ilə aprelin 6-da Brüsseldə Azərbaycan və Ermənistan arasında razılaşma müsbət nəticələnə bilər. Təbii ki, ilk növbədə, Rusiya Ermənistana təzyiq edib, prosesləri pozmasa. Bundan əlavə, burada erməni hakimiyyətinin də siyasi iradəsi mütləqdir. Ötən gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin birbaşa telefon danışıqları məhz Brüsselin apardığı vasitəçiliyin müsbət nəticəsidir. Avropa İttifaqı da məhz tərəfləri bir araya gətirib, vasitəçisiz problemlərin həllinə nail olmağa çalışır. Azərbaycan da dəfələrlə Ermənistana bunu təklif edirdi. Göründüyü kimi, Ermənistan bunu qəbul edib. Düşünürəm ki, bu telefon danışığı irəliyə doğru addım ola bilər. Tərəflər sülh müqaviləsinin detalları və qarşıda duran məsələləri həll edə bilər. Zəngin Ermənistan tərəfindən edildiyini düşünürəm. Çünki ilk növbədə sülh Ermənistan üçün vacibdir ki, iqtisadi blokadadan çıxsın. Təbii ki, Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi müsbət istiqamətdə gedərsə. Rusiya təxribatlar etməsə, növbəti ildə dövlətlərarası sülhün mümkün olması realdır. Avropa İttifaqı prosesi davam etdirəcək və müsbət irəliləyiş olacaq”.