Azərbaycan xalqı dünyanın ən dəhşətli soyqırımına məruz qalmış xalqlarındandır
Soyqırımlar bəşər tarixində kütləvi qırğınlar kimi hələ XIII-XIV əsrlərdən başlamışdır.Tarixi mənbələr və arxiv materialları sübut edir ki, ermənilər türk-müsəlman aləminə, bütün türk dünyasına qarşı soyqırımlar həyata keçirmişlər.Belə ki,Cənubi Azərbaycanda Urmiyada türk-müsəlman əhaliyə qarşı soyqırımın törədilməsi,1918-1920-ci iilərdə Türkiyənin Şərqi Anadolu bölgəsində, Naxçıvan və İrəvan bölgələrində türk-müsəlman əhaliyə qarşı, İrəvan quberniyasında,Zəngəzurda,Quba, Şamaxı qəzalarında azərbaycanlılara qarşı törətdikləri soyqırımları yetərincə araşdırılmış,tarixi faktlarla sübuta yetirilmişdir.
Ermənilər Azərbaycan xalqına qarşı əsrlər boyu düşünülmüş və sistemli şəkildə tam və ya qismən məhvetmə üsulu olan soyqırımdan istifadə etmişdilər.
Azərbaycan ərazisində qurulmuş Ermənistan Azərbaycan xalqını XX əsrin ikinci yarısında soyqırımlara, kütləvi köçürmələrə, etnik təmizləmələrə, deportasiyalara da məruz qoymuşdır. Ermənilərin törətdikləri soyqırımı dalğası Azərbaycanın bütün bölgələrini kütləvi şəkildə bürümüşdü. Bu soyqırım təkcə Azərbaycan xalqı, milləti üçün yox, eyni zamanda ölkəmizdə kompakt səkildə yaşayan xalqların da nümayəndələrinin amansızcasına məhv edilməsinə gətirib çıxarmışdır.Bu soyqırımların törədilməsində ermənilər daha məkrli niyyətləri həyata keçirmək xəyalı “Böyük Ermənistan” ideyasını gücləndirmək istəyirdilər.
Ermənilərin “Böyük Ermənistan” ideyasını genişləndirmək yolunda Türk-müsəlman əhalisini kütləvi şəkildə məhv etmələrindən bəhs edən fransız konsulu Malevil yazır: “Qurmaq istədikləri “avtonom bir Ermənistan”a çatmaq və bu istiqamətdə” siyasətlərini müvəffəqiyyətə çatdırmaq üçün erməni qiyamçılarının müsəlman əhalisini yox edərək, azlıqdan əksəriyyət yaratmaqdan başqa çarələri qalmamışdı. Onlar hər zaman bu yola müraciət etmişlər, Rusların təşviqi ilə istədikləri hər şeyi etmişlər” (3, s.2.). Bax, buradan belə nəticəyə gəlmək olur ki, ermənilər hər zaman rusların himayəsində olmuşlar və bu gun də belədir. Onlar eyni zamanda öz millətçilik ideyalarını genişləndirmək üçün Qərbin güclü xristian dövlətlərindən də istifadə etmişlər.Tarixdən də məlum olduğu kimi, Azərbaycan xalqının başı həmişə coxlu bəlalar çəkmişdir və bu proseslər bu gün də davam etməkdədir. Azərbaycan xalqının başına gətirilən bu hadisələrin kökündə Gülüstan (1813), Türkmənçay (1828) kimi müqavilələr durur ki, məhz bu da torpaqlarımızın hissə-hissə parçalanmasına və eyni zamanda əhalinin yaşadıqları dədə-baba yurdlarından (əzəli torpaqlarımız olan Qərbi Azərbaycandan-indiki Ermənistan adlanan ərazilərdən) axırıncı nəfərinədək varı-yoxu əllərindən alınaraq deportasiya edilməsinə gətirib çıxarmışdır. Bu deportasiyalar, qırğınlar, talanlar təkcə insanlar üçün yox, həm də əzəli Azərbaycan torpaqlarına, qədimdən mövcud olmuş yer, oba, rayon, kənd adlarına, tarixi memarlıq abidələrinə və s. qarşı olan bir soyqırımı idi. Soyqırımına məruz qalan əhalinin içərisində dərin düşüncəli beyinlər, ziyalı, alimlər, sənətkarlar, həkimlər, müəllimlər, milli, mədəni, mənəvi ideyaları,milli maraqların daşıyıcıları olan, öz dərin bilik və bacarığı ilə xalqı, milləti arxasınca apara bilən seçilmiş təbəqəsi də var idi. Bu gün bu insanların yaşaması Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün qorunması, daxili və xarici siyasətinin möhkəmlənməsi yönümündə fəaliyyət göstərmələri cox mühüm məsələlərdən biridir. Ardıcıl olaraq yuxarıda da qeyd etdiyimiz kimi, Mart qırgınları (1915), 1988-ci ildən başlayaraq Dağlıq Qarabağ ətrafında baş verən hadisələr, düşünülmüş məkrli plan, mənfur ermənilərin Azərbaycan xalqına, torpaqlarımıza qarşı soyqırım, genosid, etnik təmizləmə hərəkatlarına hazırlıq oldu. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım həm hərbi, həm siyasi cinayət sayılır. Dağlıq Qarabağı işğal etmək üçün geniş və düşünülmüş planlar hazırlanırdı. 1990-cı ilin qanlı Yanvar hadisələri, tərkibində yaşadığımız Sovetlər Birliyi sərhədləri daxilində planlı şəkildə təşkil olunmuş qəfil hücumlar, dövlətimizin həmin ərəfədə üzərinə düşən səlahiyyətlərini yerinə yetirə bilməyən, dövlətinə, xalqının gələcəyinə qiymət verməyən səriştəsiz rəhbərlərin laqeydliyi bir daha sübut etdi ki, Azərbaycan xalqını cox dərin təhlükələr gözləyirdi. Və belə də oldu. Bütün bu məkrli planlar Azərbaycanın müstəqilliyinin, azadlıq hərəkatının qarşısını ala bilmədi. Müstəqil Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyev ölkəni daha dəhşətli bəlalardan, parçalanmalardan xilas etdi. 1918-ci il mart soyqırımının tanıdılmasına zaman-zaman səy göstərilmişdisə də, lakin buna nail olunmamışdı. Nəhayət, Azərbaycan dövlətinin prezidenti Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra 1998-ci il martın 26-da xalqın müqəddaratını həll edən çox uğurlu, tarixi bir addım ataraq 31 mart gününü Dünya Azərbaycanlıların Soyqırımı elan etmişdir.(4) Soyqırım təkcə 1918-ci il mart qırğınları ilə bitmədi ki?
Tarixdə azərbaycanlılar üçün heç vaxt unudulmayacaq 100 illik bir tarixi ərzində 1918-ci il mart qırgınlarından sonra 1988-ci ildən başlayan Dağlıq Qarabag müharibəsi zamanı ətraf rayonların, kəndlərin işğal olunması insanların kütləvi şəkildə məhv edilməsi, onlara görünməmiş işgəncələr verilməsi də soyqırımın əlamətlərindəndir. XX əsrin ən qəddar soyqırımı olan, dünyanı lərzəyə salan 1992-ci ilin fevralın 26-dan-27-sinə keçən gecə bilavasitə Rusiya qoşunlarının köməyi və himayədarlığı ilə ermənilər tərəfindən törədilən Xocalı soyqırımı. Ermənilər minlərlə dinc sakini, əliyalın insanları, uşaq, qadın və qocaları xüsusi amansızlıqla, qəddarlıqla qətlə yetirdilər, neçə-neçə ailələri, hətta nəsilləri məhv elədilər. Xocalıdan olan hələ də itgin və girov düşən yüzlərlə sakindən heç bir xəbər-ətər yoxdur. O vaxtkı hakimiyyəti idarə edən səriştəsiz rəhbərliyin xalqın müqəddaratını düşünməməsi nəticəsində məhz Xocalı soyqırımı baş vermişdir. 30 ildir ki, Xocalı soyqırımı Azərbaycan dövlətinin həmişə diqqət mərkəzindədir. Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla, güc strukturları, Azərbaycanın birinci Vitse-Prezidenti Mehriban Əliyevanın xarici dövlətlərə etdiyi işgüzar səfərlərində mütəmadi olaraq əzmlə çalışırlar ki, Xocalı soyqırımına bütün dünyada ədalətli, hüquqi-siyasi qiymət verilsin. Hər il xaricdə yaşayan azərbaycanlılar Xocalı soyqırımı gününü dərin hüznlə yad edərək orada yaşayan xarici vətəndaşları da ermənilərin vəhşicəsinə törətdikləri soyqırıma qarşı çıxmağa sövq edir, təbliğat aparırlar. Bundan başqa Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları və onların çoxsaylı nümayəndələri də dayanmadan işlər görürlər, fotosərgilər təşkil edərək bu hadisə barədə yetəri qədər məlumatlar verir, geniş təbliğat aparırlar. Xocalı soyqırımının dünyaya tanıdılması işində hər bir vətəndaş çalışmalıdır. Belə ki, hələ orta məktəbdən başlanmalı, bu hadisələr geniş proqramla uşaqlara təbliğ edilməli, onların şüuruna erməni vandalizminin mahiyyəti təlqin edilməlidir. Hər il AMEA-nın bütün institutlarında, eyni zamanda Fəlsəfə və Sosiologiya İnstitutunda da Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər, elmi konfranslar keçirilir və elmi fəaliyyət baxımından onların qarşısında mühüm vəzifələr qoyulur. Bizim fikrimizcə, ölkədə və xaricdə dünya səviyyəsində soyqırımla bağlı elmi araşdırmalar edilməlidir. Elmi nöqteyi-nəzərdən tutarlı faktlarla əsərlər yaradılmalı, bu vəhşi soyqırım hadisələri tarixilik baxımından cox diqqətlə öyrənilməli, eyni zamanda bu barədə yazılmış əsərlər başqa dillərə tərcümə edilərək xarici ölkələrin nüfuzlu institutlarına, kitabxanalarına göndərilməlidir. Bununla da ermənilərin iç üzü açılmalıdır. Düzdür, Azərbaycan dövlətinin bütün dünyada ərazilərinin bir qisminin ermənilər tərəfindən işğal olunması və onların işğalçı dövlət kimi tanıdılması sahəsində ciddi təbliğat aparılır, lakin ermənilərin xaricdəki lobbiləri tarixən də bütün törətdikləri vəhşilikləri həmişə tam tərsinə qələmə verərək məzlum, yazıq bir xalq kimi çıxış etmişlər və etməkdədirlər. Amma ümid edirik ki, Azərbaycan xalqı öz Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək daha inamlı addımlar ataraq bütün səyləri birləşdirərək ermənilərin vəhşi simasını bütün dünyaya tanıdacaqdır. İnanırıq ki, yaxın vaxtlarda Azərbaycan xalqı, dövləti bu soyqımının dünyada tanıdılmasına və soyqırımı aktının həqiqiliyinin təsdiqinə nail olacaqdır. Çünki, bizim iqtisadi, siyasi, milli-mənəvi, mədəni, tarixi dəyərlərə söykənən böyük alim, tədqiqatçı ordusu olması cəhətdən cox qürurlu və güclü bir dövlətimiz – Azərbaycanımız var.
Beləliklə,ermənilər hələ təkcə XX əsrdə Çar Rusiyasının ermənipərəst mövqeyindən, həmin dövrdə Sovetlər Birliyinin başında duran siyasi liderlərin, bu gün isə Rusiyanın və bütün xristian dövlətlərinin, xüsusilə Qərb dövlətlərinin böyük himayədarlığı ilə daha böyük iddialarla çıxış edir, mövcud olmayan “erməni soyqırımı” məsələsini daim diqqət mərkəzində saxlayır, öz yalanlarını bütün dünyaya “sırayır”lar. Iki əsrin qovşağında ermənilər bütün türk-müsəlman, dünyasında, o cümlədən qardaş Türkiyə və Azərbaycanda öz çirkin əməllərini həyata keçirməsi haqda istər tarixi, ədəbi, istərsə də mətbu orqanlarında, tədqiqatlarda, arxiv materiallarında öz dolğun təsdiqini tapmışdır sübuta yetirilmişdir. Ümumiyyətlə, Azərbaycanda törədilmiş soyqırımları xalqın yaddaşından silinməyəcək bir hadisə kimi həmişə yad ediləcək. Lakin bu ağrılı hadisələrin ardınca qüdrətli, qəhrəman Azərbaycan xalqı və onun Prezidenti Cənab İlham Əliyevin rəhbərlik ertdiyi Müzəffər ordu 2021-ci ildə 44 günlük bir tarixdə 30 il həllini tapmayan Qarabağ məsələsini: işğal olunmuş torpaqlarımızın düşməndən: sözün əsl mənasında yağı, qanişən millət, xalq yox, toplum olan erməni vandallarından azad etdi. Beləliklə, yazdıqlarımızı ümumiləşdirərək deməliyik ki, soyqırım məsələsinə görə dünyada ədalət öz yerini tapacaq, Azərbaycanın haqq işi qalib gələcəkdir,Xocalıda da Azərbaycan bayrağı dalğalanacaq!
Cavid Mustafayev
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.