22 Dekabr 2024

Azərbaycan güləşi böyük uğurlara imza atır.

Aprelin 8-də Prezident İlham Əliyev növbəti möhtəşəm qələbəyə imza atan güləş üzrə Azərbaycan millisinin üzvlərini və məşqçıləri qəbul edib.Ölkə başçısı bu görüşdə bildirib ki,Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirib və böyük qələbə ilə Vətənə qayıdıblar.Macarıstanın paytaxtında keçirilən Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri bu mötəbər yarışda müxtəlif əyarlı 16 medal qazanıblar.Avropa çempionatında medalların birini qadın idmançımız,qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazandı. Beləliklə də həm sərbəst güləş,həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci olub və bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırıblar.Bununla da idmançılarımız Azərbaycanın təkcə müharibə meydanında deyil,idmanda da Qalib xalq olduğunu sübut ediblər.

Ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində  bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük müvəffəqiyyətlərə imza atılıb.Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb.

Bildirilib ki,hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir.Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki,öz taleyini özü həll edir.Artıq iki ildən sonra Fransanın paytaxtı Paris şəhərində növbəti Yay Olimpiya Oyunları keçiriləcəkdir.Gələcək yarışlarda Azərbaycan mütləq birinci sıralarda olacaqdır.Qalan az vaxt ərzində bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa ciddi hazırlaşmalıdırlar.

Görüşdə yarışlarda qələbə qazanmış idmançılarının Azərbaycan xalqını layiqincə təmsil etmələri xüsusi vurğulandı. Yarışda artıq uduzduğunu görən Erməni güləşçisinin cığallıq etməsi,qəsdən idmançımızı provokasiyaya çəkməyə cəhdi boşa çıxmış,bizim idmançılarımız öz gücü ilə qaydalar çərçivəsində rəqibi yerinə oturda bilmişdilər.İdman yarışlarında feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər.Yarışlardakı halal qələbəni idmançılarımız öz istedadı,zəhməti hesabına qazanıblar.

Macarıstanda keçirilmiş Avropa çempionatında idmançılarımızın qazandığı parlaq Qələbə bir daha sübut etdi ki,Azərbaycanda idman ənənələri kifayət qədər güclüdür və ibmançılarımız bu ənənələri uğurla davam etdirir.

Cavid Mustafayev

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.