Azərbaycanlı “Dəmir adam” Rusiyada döyüşə çıxır
Azərbaycanlı “Dəmir adam” ləqəbli döyüşçü Tural Rəhimov növbəti döyüşünə çıxacaq.
Oxu.Az-ın xəbərinə görə, martın 26-da Rusiyanın Sankt-Peterburq şəhərində MMA üzrə “Absolute Championship Akhmat” təşkilatının ACA-120 turniri keçiriləcək.
Keçiriləcək 10 döyüş arasında azərbaycanlı Tural Rəhimov da oktaqona çıxacaq. O, Belarusu təmsil edən Apti Bimarzayevlə döyüşəcək.
Qeyd edək ki, Turalın bu döyüşədək 20 qələbəsi və 5 məğlubiyyəti var. Apti Bimarzayevdə isə 16 görüşdən qələbə ilə ayrılıb, 2 döyüşdə isə məğlub olub.