AVRO-2020: İspaniya Xorvatiyaya, Fransa İsveçrəyə qarşı
Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
“Report”un məlumatına görə, qarşılaşmalar Danimarka və Rumıniyada olacaq.
Günün ilk matçı Xorvatiya və İspaniya yığmaları arasında oynanılacaq. Kopenhagendəki “Parken” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu türkiyəli FIFA referisi Cüneyt Çakır idarə edəcək.
Günün son matçında isə Fransa və İsveçrə milli komandaları üz-üzə gələcəklər. Buxarestdəki “Milli Arena”da gerçəkləşəcək görüşün baş hakimi argentinalı Fernando Rapallini olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Fransa – İsveçrə və Xorvatiya – İspaniya oyunlarının qalibi 1/4 finalda rəqib olacaqlar.
28 iyun
Avropa çempionatı
1/8 final mərhələsi
20:00. Xorvatiya – İspaniya
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Kopenhagen, “Parken” stadionu
23:00. Fransa – İsveçrə
Baş hakim: Fernando Rapallini (Argentina)
Buxarest, “Milli Arena” stadionu