27 İyul 2024

AIESEC Azərbaycan təşkilatçılığı altında Ağacəkmə layihəsi keçirilib

6 May 2023-ci il tarixində AIESEC Azərbaycanın təşkilatçılığı altında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və BAT şirkəti ilə əməkdaşlıq çərçivəsində Heydər Əliyevin 100 illiyi və Azərbaycan Respublikasının yaranmasının 105-ci il dönümü ilə əlaqədar Ağacəkmə aksiyası baş tutub.

Aksiyaya 50 gənc cəlb olunmuş və 105 ağac əkilmişdir. Ağacəkmə aksiyasının əsas məqsədi gəncləri bir araya toplayaraq 15-ci Dayanıqlı İnkişaf Məqsədi olan “Torpaq ekosisteminin mühafizəsi” üçün mühüm addımlar atmaq və  gənclərin bu mövzuda baxış bucaqlarını genişləndirməkdir. Aksiya boyu torpaq ekosisteminin qorunması və inkişafının əhəmiyyəti barəsində gənclərə bir çox dəyərli fikirlər irəli sürülmüşdür.

Hal-hazırda isə AIESEC Azərbaycan təkcə DİM15 üzrə deyil, bir neçə istiqamətlər üzrə layihələr keçirərək insanların və təbiətin daha sağlam həyata nail olmasını planlayır.