27 İyul 2024

Göygöl Milli Parkına yeni direktor təyin edildi

Ekologiya və Təbii Sərvətlər nazirinin Xocalı gəncinə böyük etimadı

       Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Cənab Muxtar Babayevin müvafiq əmrinə əsasən Göygöl Milli Parkının Elm, Ekoloji Maarifləndirmə və Ekoturizm işləri üzrə dirtektor müavini Quliyev Fuad Bəyməmməd oğlu Göygöl Milli Parkına direktor təyin edilib. 

      Qeyd edək ki, Fuad Quliyev 1982-ci il iyun ayının 11-də Qarabağın dilbər guşələrindən olan Xocalı rayonunun Kosalar kəndində anadan olub. Azərbaycan Dövlət Aqrar Universitetində ekologiya ixtisası üzrə ali təhsil alıb. 20 ilə yaxındır ki, Göygöl Milli Parkında çalışır. 

        Fuad Quliyevə çox sevdiyi işində uğurlar arzulayır və inanırıq ki, bu təqdimat Göygöl Milli Parkının daha da inkişafına və gözəlləşməsinə öz töhfəsini verəcək.