27 İyul 2024

Tərtərin Mamırlı məktəbində ekoloji dərnəyin şagirdləri ilə görüş keçirilib.

Mayın 3-də 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev və İdarənin məsləhətçi ekoloqu Vaqif Əliyev Tərtər rayon Mamırlı kənd tam orta məktəbin ekoloji dərnək üzvləri ilə görüşüblər.

ATVFM.LİVE xəbər verir ki, Ekologiya İdarəsi adından dərnək üzvlərinə nazirlik tərəfindən göndərilən kitabar, maarifləndirici bukletlər və plakatlar hədiyyə edilib.

Sektor müdiri İsrafil Paşayev dərnək üzvləri ilə ekoloji yönümdə maraqlı çıxış edərək şagirdləri maraqlandıran suallara cavab verməklə geniş və əhatəli  müzakirə aparıb.