Koronovirus Baloğlan Əşrəfovun da həyatına son qoydu
Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfov dünyasını dəyişib.
“Report”un məlumatına görə, bu barədə şair, ədəbiyyatşünas, professor Vüqar Əhməd deyib.
“Üç saat öncə danışdım. Dedi ki, Vüqar yaxşı olacam. Heyf. Özümə gələ bilmirəm. Allah rəhmət eləsin”-deyə, V. Əhməd sosial şəbəkədəki hesabında yazıb.
Qeyd edək ki, B.Əşrəfov bir müddət əvvəl yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və öz evində müalicə alırdı.