Ərdoğan və Bayden arasında telefon danışığı olub
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Co Bayden arasında telefon danışığı olub. Söhbət zamanı liderlər NATO-nun iyun ayında Brüsseldə keçiriləcək sammitində görüşmək barədə razılığa gəliblər.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat xidməti yayıb.
“ABŞ prezidenti geniş səviyyəli əməkdaşlıq və fikir ayrılıqlarının effektiv həlli üçün konstruktiv münasibətlərdə maraqlı olduğunu bildirib. Liderlər iyun ayında NATO sammiti çərçivəsində şəxsən görüş keçirərək ikitərəfli və regional məsələləri bütün əhatəsi ilə müzakirə etmək barədə razılığa gəliblər”, – deyə Ağ Evin yaydığı mətndə qeyd olunub.