Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən azad edildi – SƏRƏNCAM
Səhiyyə nazirinin vəzifələrini müvəqqəti Teymur Musayev icra edəcək
Oqtay Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.
Media1.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə müvafiq Sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib.
Prezident eyni zamanda, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi haqqında Sərəncam imzalayıb. Srəncama əsasən, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilsin.