23 Dekabr 2024

Jurnalisti Ağcabədi İH-nin başçısı məhkəməyə verib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı
Hüseynov Rafil İsrafil oğlu müstəqil jurnalist Xəyyam Salmanzadəni məhkəməyə verib.

Media1.az BAXAR.AZ-a istinadən xəbər verir ki, jurnalist 44 günlük müharibə dönəmində yaralanan vətəndaşa qarşı aidiyyatı qurumların laqeyidliyini işıqlandırıb. Hazırladığı reportajda icra başçısını sərt tənqid edib, bu səbəbdən də icra başçısı jurnalisti məhkəməyə verib. İlkin proses aprel ayın 29-da Ağdam Rayon Məhkəməsində keçiriləcək. İcra başçısı jurnalistin üzr istəməsini və 300 manat vəsait ödəməsini tələb edir. 

Onu da qeyd edək ki, Xəyyam Salmanzadə məmurları davamlı olaraq tənqid edən jurnalist kimi tanınır.