23 Dekabr 2024

Rusiya 10 ABŞ diplomatını ölkədən çıxarır

ABŞ səfirliyinin 10 əməkdaşı Rusiya Xarici İşlər Nazirliyi (XİN) tərəfindən “persona non qrata” elan olunub. 

APA-nın Rusiya XİN-in saytına istinadən verdiyi xəbərə görə, bununla bağlı nota ABŞ-ın Rusiyadakı səfirinin müavininə təqdim olunub. 

Bildirilib ki, “persona non qrata” elan olunan şəxslər mayın 21-i günün sonunadək Rusiya ərazisini tərk etməlidirlər.

***

ABŞ səfirinin müavini Bartle Qorman Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN məlumat yayıb.

Nazirlikdən məsələ ilə bağlı əlavə detallar açıqlanmayıb.

Qeyd edək ki, Dövlət Departamentindən səfir Con Sallivanın bu həftə məsləhətləşmələr üçün ABŞ-a gedəcəyi bildirilib.