Şəhidimiz dəfn edilib
6 ay komada qalan 23 yaşlı Səbuhi Hüseynli torpağa tapşırılıb
Vətən müharibəsində yararlanaraq, 6 ay komada qalan 23 yaşlı Səbuhi Hüseynli dəfn olunub.
Media1.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Xaçmaz rayonunun Maqsudkənd kənd sakini olan şəhid doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, Ş. Hüseynli oktyabrın 20-də yaralanmışdı. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Allah rəhmət eləsin!