23 Dekabr 2024

Hansı ölkədə neçə saat oruc tuturlar? – “Əl-Cəzirə”

Ramazan ayıdır. Azərbaycanda müsəlmanlar sutkada 15 saat oruc tuturlar. Getdikcə gün uzanacaq və Ramazan ayının sonuna Azərbaycanda oruc vaxtı günün 16 saatından çox hissəsini əhatə edəcək. Bəs başqa ölkələrdə necədir?

Novator.az saytı Qətərin “Əl-Cəzirə” kanalına istinadla bildirir ki, günəşin çıxma və batma anlarına uyğun olaraq dünyanın bəzi yerlərində oruc vaxtı 10 saatdan, bəzi yerlərində 20 saatdan çox çəkir və Ramazan ayının sonuna bu müddət ölkənin Yer kürəsinin şimal, yoxsa cənub yarımkürəsində yerləşməsindən asılı olaraq təxminən 1 saat dəyişəcək, ya uzanacaq, ya da qısalacaq.

Məsələn, builki Ramazanda Yeni Zelandiya kimi cənub ölkəsində oruc müddəti 11-12 saat, İslandiya kimi şimal ölkəsində 19-20 saatdır.

Şimal yarımkürəsində ən uzun, cənub yarımkürəsində isə ən qısa oruc günləri Ramazan ayının sonlarında olacaq.

Aprelin 20-dən avqustun 22-dək günəşin batmadığı şimal şəhərlərində, məsələn, Norveçin Lonqyirbyuen şəhəri kimi yerlərdə ya ən yaxın müsəlman ölkəsinin, ya da Səudiyyə Ərəbistanının Məkkə şəhərinin Ramazan saatlarına uyğun oruc tutulacaq.

Builki Ramazanda müsəlmanların hansı ölkədə neçə saat oruc tutduğunu və tutmalı olacağını əks etdirən siyahını oxucuların diqqətinə çatdırırq. Oruc saatları ölkələrin paytaxtlarına, yaxud iri şəhərlərinə uyğun tərtib edilib.

Nuuk şəhəri, Qrenlandiya: 19-20 saat

Reykyavik şəhəri, İslandiya: 19-20 saat

Helsinki şəhəri, Finlandiya: 18-19 saat

Stokholm şəhəri, İsveç: 17-18 saat

Qlazqo şəhəri, Şotlandiya: 17-18 saat

Oslo şəhəri, Norveç: 17-18 saat

Kopenhagen şəhəri, Danimarka: 17-18 saat

Moskva şəhəri, Rusiya: 17-18 saat

Berlin şəhəri, Almaniya: 16-17 saat

Amsterdam şəhəri, Niderland: 16-17 saat

Varşava şəhəri, Polşa: 16-17 saat

London şəhəri, Böyük Britaniya: 16-17 saat

Paris şəhəri, Fransa: 16-17 saat

Nur-Sultan şəhəri, Qazaxıstan: 16-17 saat

Brüssel şəhəri, Belçika: 16-17 saat

Sürix şəhəri, İsveçrə: 16-17 saat

Buxarest şəhəri, Rumınya: 15-16 saat

Ottava şəhəri, Kanada: 15-16 saat

Sofiya şəhəri, Bolqarıstan: 15-16 saat

Roma şəhəri, İtaliya: 15-16 saat

Madrid şəhəri, İspaniya: 15-16 saat

Lissabon şəhəri, Portuqaliya: 15-16 saat

Afina şəhəri, Yunanıstan: 15-16 saat

Pekin şəhəri, Çin: 15-16 saat

Vaşinqton şəhəri, ABŞ: 15-16 saat

Pxenyan şəhəri, Şimali Koreya: 15-16 saat

Ankara şəhəri, Türkiyə: 15-16 saat

Rabat şəhəri, Mərakeş: 14-15 saat

Tokio şəhəri, Yaponiya: 14-15 saat

İslamabad şəhəri, Pakistan: 14-15 saat

Tehran şəhəri, İran: 14-15 saat

Bağdad şəhəri, İraq: 14-15 saat

Beyrut şəhəri, Livan: 14-15 saat

Dəməşq şəhəri, Suriya: 14-15 saat

Qahirə şəhəri, Misir: 14-15 saat

Yerusəlim şəhəri: 14-15 saat

Küveyt şəhəri, Küveyt: 14-15 saat

Qəzza şəhəri, Fələstin: 14-15 saat

Yeni Dehli şəhəri, Hindistan: 14-15 saat

Honkonq şəhəri: 14-15 saat

Dəkkə şəhəri, Banqladeş: 14-15 saat

Maskat şəhəri, Oman: 14-15 saat

Kabil şəhəri, Əfqanıstan: 14-15 saat

Ər-Riyad şəhəri, Səudiyyə Ərəbistanı – 14-15 saat

Doha şəhəri, Qətər: 14-15 saat

Dubay şəhəri, Birləşmiş Ərəb Əmirlikləri: 14-15 saat

Ədən şəhəri, Yəmən: 13-14 saat

Əddis-Əbəbə şəhəri, Efiopiya: 13-14 saat

Dakar şəhəri, Seneqal: 13-14 saat

Abuca şəhəri, Nigeriya: 13-14 saat

Kolombo şəhəri, Şri-Lanka: 13-14 saat

Banqkok şəhəri, Tailand: 13-14 saat

Xartum şəhəri, Sudan: 13-14 saat

Kuala Lumpur şəhəri, Malayziya: 13-14 saat

Sinqapur şəhəri: 13-14 saat

Nayrobi şəhəri, Keniya: 13-14 saat

Luanda şəhəri, Anqola: 12-13 saat

Cakarta şəhəri, İndoneziya: 12-13 saat

Braziliya şəhəri, Braziliya: 12-13 saat

Harare şəhəri, Zimbabve: 12-13 saat

Yohannesburq, həmçinin Keyptaun şəhərləri, Cənubi Afrika Respublikası: 11-12 saat

Buenos-Ayres şəhəri, Argentina: 11-12 saat

Syudad del Este şəhəri, Paraqvay: 11-12 saat

Montevideo şəhəri, Uruqvay: 11-12 saat

Kanberra şəhəri, Avstraliya: 11-12 saat

Puerto-Mont şəhəri, Çili: 11-12 saat

Kraystçerç şəhəri, Yeni Zelandiya: 11-12 saat.