23 Dekabr 2024

Bakı Ağır Cinayətlər Məhkəməsinin iki hakimi koronavirusa yoluxdu

Bakı Ağır Cinayətlər Məhkəməsinin daha iki hakimi koronavirusa yoluxub.

Media1.az Musavat.com-a istinadən xəbər verir ki, hakimlər İradə Həsənzadə və Siyavuş Hacıyev koronavirusa yoluxub.

Bu səbəbdən onların icraatında olan işlər təxirə salınıb. Həmçinin adı çəkilən hakimlərin olduğu digər məhkəmə tərkiblərinin işləri də təxirə düşüb və həmin hakimlər də karantinə alınıb.