Azərbaycanda yol polisi avtomobillə azyaşlını vuraraq öldürdü – FOTO
Ağsu rayonunda azyaşlını vuraraq öldürən sürücü yol polisi əməkdaşıdır.
Hadisə ötən axşam saatlarında rayonun H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, rayon sakini 2011-ci il təvəllüdlü Məhərrəmli Nəzrin Səbuhi qızı həmin prospektdə yolu keçmək istəyərkən onu DYP avtombilini idarə edən polis əməkdaşı Ağsu rayon sakini Kərimov Cavid Nəriman oğlu vurub.
Yaralı dərhal Ağsu Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və Nəzrin Məhərrəmli elə xəstəxanada dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.
DYP avtomobilini idarə edən Cavid Kərimov Bakı-Şamaxı əsas magistral yolunda yol polisi vəzifəsində çalışır.
Faktla bağlı araşdırmalar davam etdirilir.