23 Dekabr 2024

Məhkəmədən Köçəryan və digərləri barədə qərar

İrəvan məhkəməsinin hakimi Anna Danibekyan müvafiq maddə əsasında eks-prezident Robert Köçəryan və digər keçmiş yüksək çinli məmurlarla bağlı bir maddə (300.1) üzrə cinayət təqibinə xitam verməklə bağlı qərar qəbul edib.

Media1.az-ın bildirdiyinə görə, Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Ermənistanın Konstitusiya Məhkəməsi dövlət quruluşunun devrilməsinə yönəlik fəaliyyətdə ittiham etdiyi R.Köçəryanla bağlı araşdırmalara start vermişdi. Onunla yanaşı, keçmiş baş qərargah rəisi Yuri Xaçaturov, eks-müdafiə naziri Seyran Ohanyan və keçmiş baş nazir müavini Armen Gevorkyan da ittiham olunurdu. Onlarla bağlı məhdudiyyətlər ləğv edilib. Məhkəmə istintaq orqanının təqsirləndirilənlərdən yazılı üzrxahlıq etməklə bağlı vəsatəti isə rədd edib.

Maraqlısı budur ki, məhkəmə R.Köçəryan və digərləri barədə qərarı Ermənistanın eks-prezidentinin Rusiya prezidenti Putinlə bir saatlıq videoformat şəklində söhbətindən sonra verib.

Onu da qeyd edək ki, R.Köçəryan və digərləri bir sıra başqa maddələr üzrə də ittiham olunurlar . Bildirildiyinə görə, növbəti məhkəmə iclası aprelin 13- də keçiriləcək.