22 Dekabr 2024

Ukrayna XİN başçısı: “Donbass və Krımla bağlı ABŞ rəhbərliyindən konkret addımlar gözləyirik”

Ukrayna Donbass, Luqansk bölgələrinin və Krım yarımadasının işğaldan azad edilməsi prosesində ABŞ-ın iştirakına ümid edir.

APA-nın xəbərinə görə, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Kyiv Post”a müsahibəsində deyib.

“Ukraynanın əsas gözləntilərindən biri Donbass və Krımın işğaldan azad olunması prosesində ABŞ-ın daha aktiv və ən əsası, təcili iştirakıdır”, – deyə Ukrayna XİN başçısı bildirib.

O, ABŞ-ın bu məsələni diqqətində saxlamalı olduğunu, Ukraynanın təhlükəsizliyinin həm Avropa, həm də Avro-Atlantik məkanın təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb.

“Biz hələ də ABŞ rəhbərliyindən konkret və düzgün addımlar gözləyirik”, – deyə D. Kuleba əlavə edib.