23 Dekabr 2024

Futbolda yeni qaydalar qəbul olunub

Qaydalar iyulun 1-dən qüvvəyə minəcək

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) yeni qərarlar çıxarıb.

Media1.az AYNA-ya istinadən xəbər verir ki, İFAB oyun vaxtı beyin silkələnməsi baş verdikdə 4-cü əvəzetmənin sınağına başlayacağını açıqlayıb.

Sınaq müddəti 2022-ci ilin avqustuna qədər davam edəcək.

Oyunçuda beyin silkələnməsi şübhəsi olduqda əlavə əvəzetmə həyata keçirilə bilər. Hətta əvəzetmə limiti dolsa belə.

Qurum həmçinin əllə oyun qaydasının da izahatlarını verib. Əllə oyun zamanı qayda pozuntusu aşağıdakılardır:

Topa bilərəkdən əllə toxunma – məsələn, əlin bilək hissəsi topa hərəkət etdikdə.


Topa əllə toxunma – Bədəni irəli verməklə topa əllə toxunma.

Bu zaman hesab edilir ki, futbolçu bədənini qeyri-təbii olaraq böyüdür.


Rəqib qapısına əllə qol vurma – Rəqib qapıçı belə əllə qol vurduqda, qeydə alınmayacaq.


Top biləyə toxunduqda (təsadüfi olsa belə).


Bundan başqa aşağıdakı halda əllə oyun qayda pozuntusu sayılmayacaq:

Komanda yoldaşının qol vurması ilə nəticələnən əllə təsadüfi oyun qayda pozuntusu hesab edilməyəcək. Bu zaman hətta qeyri-ixtiyari toxunmalardan sonra əllə vurulmuş qollar hesaba alınmayacaq. Qaydalar iyulun 1-dən qüvvəyə minəcək.

Yeri gəlmişkən, FİFA və IFAB oyundankənar vəziyyətlərin müəyyənləşdirilməsi qaydalarında mümkün dəyişiklikləri nəzərdən keçirir. Bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino bu gün təşkil olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, yeni qaydalar hücum edən komandalara daha çox üstünlük verəcək. Artıq FIFA-da Futbolun Qlobal İnkişafı Departamentinin rəhbəri olan Arsen Venger məsələ ilə bağlı bəzi ideyalar təqdim edib.