22 Dekabr 2024

Xocalı və Xankəndi ilə bağlı ŞAD XƏBƏR

Bu ilin ilk 6 ayında Xocalıya və Xankəndiyə köç olacaq.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, bu ilin ilk 6 ayında Xocalıya və Xankəndiyə ümumilikdə 100 ailə köçürülməsi planlaşdırılır.

Xocalıya 50, Xankəndiyə 50 ailə köçürülməsi nəzərdə tutulub.