Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır
Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. Dünyanın əsas dövlətləri bu tədbirə böyük maraq göstərirlər. ABŞ Prezidentinin və Böyük Britaniyanın Baş nazirinin bu tədbirə məktub göndərmələri deyilənləri təsdiq edir.
Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsi olan enerji siyasətinin inkişafı da Ümummilli Liderin adı ilə bağlıdır. Azərbaycanın neft yataqlarını ən böyük milli sərvətimiz adlandıran Heydər Əliyev hər zaman bu sərvətin gələcək nəsillər üçün də əhəmiyyətini vurğulayıb. 1994-cü ildə Ulu Öndərin rəhbərliyi ilə imzalanmış “Əsrin Müqaviləsi”ni mükəmməl icra etmiş Azərbaycan bütün tərəfdaş dövlətlərin, habelə iştirakçı beynəlxalq konsorsiumların etibarını qazanmışdır. Bu gün əsası qoyulmuş həmin enerji siyasəti Prezident İlham Əliyev tərəfindən dövlət maraqlarının təmin olunması üçün hər bir sahədə məharətlə istifadə olunur.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu ATƏT PA-nın tədbirlərində də hər dəfə xüsusi olaraq vurğulanır. Bütün üzv ölkələr birmənalı qeyd edir ki, enerji və neft ehtiyatları və onları nəql edən kəmərlər qorunmalıdır. Onların qorunması dünyanın, o cümlədən Avropanın təhlükəsizliyinin və sabitliyinin qorunmasına gətirib çıxarır. Ona görə də, enerji təhlükəsizliyi ön planda olmalıdır. Azərbaycan da Avropanın enerji təhlükəsizliyini təmin edən ən önəmli ölkələrdən biridir.
Cənab Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirak edərək nitq söyləmiş və sərginin əhəmiyyətini qeyd etmişdir: “Xəzər neft-qaz sərgisi 1994-cü ildə təşkil ediləndə ilk tədbir idi ki, Azərbaycanı dünyanın beynəlxalq enerji ictimaiyyətinə təqdim etdi.
Göründüyü kimi, mövcud potensialı səmərəli, dövlətin və xalqın rifahı üçün istifadə etmək kimi strategiyanı məharətlə həyata keçirən ölkə rəhbəri hər bir məsələni vaxtında, səriştəli və yüksək etimad mühitində həyata keçirir. Bu da Azərbaycanın işıqlı sabahı, xalqın rifahı, dövlətin gücüdür.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi