Avropa İttifaqının Ermənistandakı missiyası işə başladı
Avropa İttifaqı (Aİ) bazar ertəsi – fevralın 20-də – Ermənistanda mülki missiyanın fəaliyyətinə başlayıb.
Media1.az bu barədə erməni mediasına istinadən xəbər verir. Aİ Şurasının bəyanatında qeyd olunur ki, missiya Azərbaycanla vəziyyətin nizamlanmasına töhfə vermək üçün yaradılıb. “Avropa İttifaqı bu gün ümumi təhlükəsizlik və müdafiə siyasətinin bir hissəsi kimi Ermənistanda Aİ-nin mülki missiyasını işə salır”, – sənəddə deyilir.
Qeyd edək ki, 100 nəfərlik missiyanın iki illik göndərildiyi qərara alınıb.