23 Dekabr 2024

Zəlzələ dağıntıları altında neçə nəfər var? – DƏHŞƏTLİ TƏXMİN

Məlum olduğu kimi, fevralın 6-da Kahramanmaraşda 9 saat fasilə ilə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər böyük dağıntılara səbəb olub. Zəlzələdən sonra bölgədə afterşoklar baş verir, axtarış-xilasetmə işləri davam edir.

Musavat.com xəbər verir ki, Türkiyəli alim, zəlzələ üzrə mütəxəssis, geofizik Övgün Ahmet Ercan təbii fəlaklərlə bağlı diqqətçəkən qiymətləndirmələr edib.

Mütəxəssis qeyd edib ki, zəlzələ baş verən ərazidə əhalinin ümumi sayı 13,5 milyon, mənzillərin sayı 56 min, bir yaşayış məntəqəsinə düşən adam sayı 3375 nəfərdir. Türkiyəli alimin sözlərinə görə, bu rəqəmlərə əsasən apardığı hesablamalara görə, hazırda 189 min insan dağıntılar altındadır, onların təxminən 74 mini hələ sağdır və xilas olunmağı gözləyir.

Geofizik Övgün Ahmet Ercan xəbərdarlıq da edib.

O bildirib ki, təbii fəlakət zonasında maksimum maqnitudası 6,9 olan zəlzələlər ən azı 2-3 il olacaq. Mütəxəssislər tərəfindən nəzərdən keçirilmədən dağılmayan strukturların içərisinə daxil olmaq olmaz: “Müvəqqəti olaraq içəri girməli olsanız, başınıza kaska taxın və özünüzlə fit götürün”.