Lavrov Ermənistan tərəfinə Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasının əhəmiyyətini xatırladıb
Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan arasında telefon danışığı olub.
Qeyd olunur ki, görüşdə ikitərəfli gündəliyin bir sıra aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər Moskva ilə İrəvan arasında müttəfiqliyi möhkəmləndirmək üçün qarşılıqlı niyyətlərini ifadə ediblər.
Bundan əlavə, Sergey Lavrov və Ararat Mirzoyan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması problemlərini müzakirə ediblər.
Rusiya tərəfi 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli sazişlərin ən yüksək səviyyədə icrası üzrə işlərin sürətlə bərpasının, o cümlədən regionda bütün nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasının, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, İrəvan və Bakı arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılması, habelə ictimai xadimlər, ekspertlər və parlamentarilər arasında dialoqun təşviqinin vacibliyini vurğulayıb.
Mənbə: TASS