Regional idarənin rəisi Vəsilə Möhsümova “Zamanında” verilişinin qonağı olub
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova El TV və KanalS televiziyalarının efirində yayımlanan “Zamanında” verilişində ekspert qismində iştirak edib. Verilişdə regional mədəniyyət idarələrinin fəaliyyət istiqamətləri, yeniliklər, görülən işlər, icra edilən layihələr, “Şuşa ili” çərçivəsində keçirilən tədbirlər, qarşıda duran vəzifələr və digər mövzular müzakirə olunub.
Qeyd edək ki, veriliş 24 oktyabr saat 21:15-də KanalS, 29 oktyabr saat 19:00-da isə El TV-də yayımlanacaq.