Ukrayna Baş Qərargahı: “Rusiya ordusunun Belarusdan hücum təhlükəsi artır”
“Rusiya Silahlı Qüvvələrinin şimal istiqamətində hücum təhlükəsi artır”.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Oleksiy Qromov deyib.
Onun sözlərinə görə, Belarusdan Rusiya ordusunun hücumu istisna deyil: “Amma bu dəfə məqsəd Kiyev olmayacaq. Bu dəfə tədarük üçün əsas maddi-texniki arteriyaları kəsmək məqsədilə hücumun istiqaməti Belarus-Ukrayna sərhədinin qərbinə doğru dəyişdirilə bilər”.
Rəsi müavini tərəfdaş ölkələrdən silah və hərbi texnika tələb edib.