MDB ölkələrinin Baş Qərargah Rəisləri Komitəsinin iclası bu tarixdə Bakıda keçiriləcək
Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası oktyabrın 12-də Bakıda keçiriləcək.
Media1.az xəbər verir ki, bu barədə məlumatı MDB İcraiyyə Komitəsinin Mətbuat Xidməti yayıb.
Onu da bildirək ki, iclas ilə bağlı təşkilati məsələlər sentyabrın 12-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və ölkədə səfərdə olan MDB Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkin arasında baş tutmuş görüşdə müzakirə olunub.