24 Dekabr 2024

“Danışıqlar asan keçmədi” – Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Brüsseldə baş tutan üçtərəfli görüşlə bağlı açıqlama verib. AzVision.az xəbər verir ki, o, bu gün hökumətin iclasının sonunda mövzuya toxunaraq qeyd edib ki, Brüsseldə təşkil olunan müzakirələr geniş formatda olub, amma asan başa gəlməyib.

“Məqsədimiz regionda sülhün bərqərar olmasıdır. Ermənistan hökuməti sülh gündəliyini qəbul edib və bu gündəliyi həyata keçirmək üçün bizə qətiyyət lazımdır. Biz başa düşməliyik ki, bu, asan deyil, ardıcıl işləməyə davam etməliyik. Erməni xalqının da arzusu odur ki, bir gün bölgədə davamlı və hərtərəfli sülh bərqərar olsun və biz bu problemin həllinə getdikcə daha çox diqqət yetirməliyik”,- Paşinyan deyib.