23 Dekabr 2024

Bərdəli şagird “Eko-Start-Up” müsabiqəsində öz ideyası ilə fərqlənərək 3-cü yerə layiq görülüb

NƏRİMAN NƏRİMANOV ADINA BƏRDƏ ŞƏHƏR 3 NÖMRƏLİ TAM ORTA MƏKTƏBİN ŞAGİRDİ FATİMƏ ƏHMƏDOVA RESPUBLİKA EKOLOJİ MÜSABİQƏSİNİN 3-CÜSÜ OLUB.

Bərdə Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Fidan Nəsirlinin Media1.az-a bildirdiyinə görə, 29 iyun 2022-ci il tarixində Nəriman Nərimanov adına Bərdə şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Əhmədova Fatimə “EkoSfera” SEM, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOCIA), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin təşkilatçılığı və Respublika Uşaq-Gənclər Mərkəzinin tərəfdaşılığı ilə uşaq və gənclər arasında keçirilən “Eko-Start-Up” müsabiqəsində öz ideyası ilə fərqlənərək 3-cü yerə layiq görülüb.

Onu da qeyd edək ki, Fatimə müxtəlif mövzularda keçirilən Respublika miqyaslı layihələrdə dəfələrlə müxtəlif mükafatlara layiq görüldüyünə görə, bu gün Bərdə Rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərman və xatirə hədiyyəsi ilə təltif olunub.

Media1.az