Litva səfiri: “Azərbaycan ilə Qarabağda ekologiya sahəsində əməkdaşlığı müzakirə edirik”
“Litva Azərbaycan ilə işğaldan azad edilmiş ərazilərdə ekologiya sahəsində əməkdaşlığı müzakirə edir”.
Media1.az xəbər verir ki, bunu “Report”a Litvanın Azərbaycandakı səfiri Eqidius Navikas Zəngilanda Ekologiya sahəsində keçirilən konfransda deyib.
“İşlərin necə aparılacağını hələ müəyyən etməmişik. Bilinmir, bu, ağac əkilməsi olacaq, ya digər formada olacaq”, – o bildirib.
Səfir Azərbaycan ilə əməkdaşlıq üçün müxtəlif imkanların nəzərdən keçirildiyini vurğulayıb: “Müəyyən layihələrimiz olsa da, hələlik işğaldan azad edilmiş ərazilərdə təmsil olunmuruq”.
Litvalı diplomat işğaldan azad edilmiş ərazilərdə qısa müddət ərzində görülmüş işlərə valeh olduğunu söyləyib.