Laçında “Ural” aşdı: Ölən var
Laçın rayonunda avtomobil aşıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, mayın 6-da saat 17 radələrində rayonun Seyidlər kəndi ərazisində Namiq Səmədov idarə etdiyi “Ural” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Laçın Rayon Polis Şöbəsində araşdırma aparılır.