23 Dekabr 2024

Hava şəraiti nə zaman sabitləşəcək? – AÇIQLAMA

Ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşməsi mayın 13-də gözlənilir.

Media1.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, respublikanın rayonlarında mayın 9-u və 10-da fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. Lakin güclü yağıntılar gözlənilmir.

“Yağıntıların intensivliyi azalıb. Bu gün günün ikinci yarısı və axşama doğru küləyin sürətinin zəifləməsi proqnozlaşdırılır”, – Xidmət rəisi əlavə edib.