“Qırmızı Ürəklər” Fondu yeni ekoloji layihəyə başlayıb – FOTO
“Qırmızı Ürəklər” (RedHearts) Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bravo marketlər şəbəkəsi ilə birgə “Batareyaları təhvil ver, təbiəti qoru” adlı yeni layihəyə start verib. Layihə çərçivəsində istifadəyə yararsız elektrik batareyalarının toplanması həyata keçirilir.
İstifadə edilmiş batareyalar üçün ilkin olaraq Gənclik Mall, Əhmədli qəsəbəsi, 20 yanvar m/s, Koroğlu m/s, 28 Mall, Dəniz Mall və Zefir Mall-da olan Bravo marketlərində xüsusi qutularyerləşdirilib. Layihə işlənmiş batareyaları digər tullantılardan ayırmaq onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirmək məqsədi daşıyır.Gələcəkdə analoji qutuların digər şəhər və rayonlarda da yerləşdirilməsiplanlaşdırılır.
Vətəndaşlar tərəfindən məişətdə istifadə olunan batareyalar toplanaraq “Təhlükəli Tullantılar” MMC-yə təhvil veriləcək. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması cəhətdən olduqca vacib olan və maarifləndirici məqsəd daşıyan bu layihə ətraf mühitin qorunmasına kömək edəcək.
Qeyd edək ki, “Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.azsaytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.