Yardımlı meşəsində ağaclar kəsildi: Araşdırma aparılır – FOTO
Yardımlı rayonunun meşə ərazisində ağaclar kəsilib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
İddia edilib ki, ərazidə 100-ə yaxın ağac kəsilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov Oxu.Az-a açıqlamasında bildirib ki, meşədə ağac kəsintisi ilə bağlı araşdırma aparılır:
“Yardımlı rayonunun meşə ərazisində ağacların kəsilməsi ilə bağlı bu gün sosial şəbəkədə yayılan məlumatdan xəbərdarıq, faktla bağlı dünəndən etibarən araşdırma aparılır. Hazırda Yardımlı rayonunun 4 saylı meşəbəyliyinin 13 saylı dolayında əməkdaşlarımız tərəfindən araşdırma davam edir.
Təbiətə dəymiş ziyanın məbləğinin və təqsirkarların müəyyənləşdirilməsi məqsədilə müvafiq işlər aparılır”.
O qeyd edib ki, araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək.