23 Dekabr 2024

15 aprel Ekoloji biliklər günüdür.

Hər il aprelin 15-i dünyanın bir çox ölkələrində ekolojı biliklər günü kimi qeyd olunur. Bu bayramın tarixçəsi 1992-ci ildən başlayır. Həmin il Rio-de-Janeyroda BMT-nin ətraf mühitin problemlərinin müzakirə olunduğu konfransında bəşəriyyətin davamlı inkişafı üçün yaşama strategiyanın həyata keçirilməsində dünyanın bütün ölkələrinin əhalisinin ekoloji təhsilinin böyük əhəmiyyəti vurğulanıb. Bu günün təsis olunmasının əsas məqsədi ekoloji biliklərin yayılması və əhalinin ekoloji mədəniyyətinin formalaşması, ekolojı təhlükəsizlik sahəsində görülən işlər və ətraf mühitin vəziyyəti haqqında ictimaiyyətin məlumatlandırılması, habelə ekoloji məsələlər barədə düşünən vətəndaşın tərbiyəsi və hazırlığıdır. Müasir dünyada ekolojı təhsilin mühümlüyü artıq heç kimdə şübhə doğurmur və bir çox ölkələrdə təhsil və tərbiyənin prioritet istiqamətdir. Əhalidə ekolojı mədəniyyətin və təbii mühitə ehtiyatlı yanaşmanın formalaşması üzrə fəaliyyət bütün bəşəriyyət üçün təhlükəsiz gələcəyin təminatıdır. “Ekologiya” (yunan dilindən “oikos” ev, sığınacaq və “logos” elm) termini ilk dəfə 1866-ci ildə alman bioloqu Ernst Hekkel tərəfindən işlədilib. Müasir mənada ekologiya – orqanizmlərin bir-biri və ətraf mühiti ilə münasibətləri haqqında elm deməkdir. Hazırda hər kəs bəşəriyyətin artan tələbatları və planetin azalmış imkanları arasında səmərəli tarazlığa nail olmaq üçün və bu zaman onsuz da pisləşmiş təbiətin vəziyyətini qoruyaraq minimal ekoloji biliklərə və ətraf mühit ilə ehtiyatlı qarşılıqlı təsir üsullarına malik olmalıdır. Ekolojı təhsil və maariflənmə təbiətin mühafizə problemlərinin həllində mühüm vasitə kimi qəbul edilir.