CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ İLƏ 2022-Cİ İLİN BİRİNCİ RÜBÜNDƏ AZƏRBAYCAN UĞURLU İNKİŞAF YOLU KEÇİB
Cənab Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə bir daha isbatlayır ki, Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir.Bu gün ölkəmiz dünyada nümunəvi inkişaf modelinə və milli tərəqqi yoluna malik müstəqil respublika kimi tanınır.Azərbaycanın tarixi nailiyyətlər qazanaraq dünyada söz və nüfuz sahibinə çevrilməsi milli maraqlara, dövrün tələblərinə və çağırışlarına əsaslanan daxili və xarici siyasət həyata keçirilməsi sayəsində mümkün olub. Son bir ildə hərbi-siyasi və diplomatik mövqelərini daha da gücləndirən Azərbaycan milli maraq və mənafelərinin qorunmasına nail olub. Rəsmi Bakı Ermənistanın 30 ilə yaxın müddətdə, eləcə də İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərində törətdiyi genişmiqyaslı müharibə cinayətlərinin, vandalizm və dağıntıların əhatəli, real faktlar əsasında dünya ictimaiyyətinə çatdırılması, təcavüzkarın beynəlxalq miqyasda ifşası baxımından mühüm üstünlük əldə edib. Bu gün azad edilmiş torpaqlarda da həyata keçirilən abadlıq-quruculuq işləri Azərbaycanın öz gücünə reallaşdırılır.Azərbaycana edilən təyziqlərə, tətbiq olunan ikili standartlara baxmayaraq, Azərbaycan Vətən müharibəsinin nəticəsi olaraq, Ermənistanın kapitulyasiya imzalamasından sonra dərhal bərpa işlərinə başlaması, həmçinin ötən müddət ərzində əldə olunan uğurlara və nailiyyətlərə nəzər yetirdikdə dövlətimizin iradəsinin və gücünün bir daha şahidi oluruq. Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2021-ci il 19 yanvar tarixli Fərmanı işğaldan azad edilmiş ərazilərimizin dövrün tələbləri səviyyəsində bərpası və yenidənqurulması prosesinin ölkəmiz üçün prioritet məsələlərdən olduğunu bir daha təsdiqləyir. İşğaldan azad olunmuş ərazilərdə nəqliyyat-kommunikasiya infrastrukturunun qurulması, onlarla kilometr yolların, elektrik xətlərinin, dəmir yollarının çəkilməsi, hava limanlarının inşası, tunellərin salınması, şəhərlərin, mədəniyyət abidələrinin bərpası nümayiş etdirir ki, Azərbaycan öz gücünə işğaldan azad edilmiş əraziləri də bərpa edəcək, həmin yerlərə həyatı qaytaracaq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək, nümunəvi inkişaf bölgəsi olacaq”. Biz inanırıq ki, prezident İlham Əliyevin rəhbərliyi atında işğaldan azad olunan ərazilərimizdə həyat tezliklə öz əvvəlki axarına qayıdacaq, bu torpaqlarda həyat yenidən güləcəkdir.
Mahiyəddin Mazanov, Yeni Azərbayan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.