Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan idmanı yeni zirvələr fəth edir.
Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı.Ulu Heydər Əliyevin rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı.O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı.
Ulu Öndər Heydər Əliyevin əsas məqsədi ölkənin gələcəyinə töhfə verəcək hərtərəfli inkişaf etmiş yeni nəsil tərbiyə etmək idi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu bu gün Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində fiziki və mənəvi cəhətdən güclü olan yeni nəsil yetişib.Heç kəsə sirr deyil ki, 44 günlük 2-ci Vətən müharibəsi savaşında əldə olunan qələbədə idmançılarımızın da payı az olmayıb.Hər zaman beynəlxalq arenalarda bayrağımızı yüksəklərə qaldıran çempionlarımız bu dəfə işğal altında olan əzəli torpağımız Qarabağda bayrağımızın dalğalandırılmasında yaxından iştirak etdilər.Onlar idman arenalarında olduğu kimi gərgin döyüşlərdə də mərdlik,qorxmazlıq və şücaət göstərərək adlarını qızıl hərflərlə zəfər salnaməsinə əbədi olaraq yazdılar.Vətən müharibəsində qazandığımız Zəfərlə Azərbaycan gəncliyinin də həyatında yeni bir mərhələ başladı. Bir il əvvəl apardığımız savaşda və əldə etdiyimiz şanlı qələbədə ölkəmizin haqq işinə bacardığı töhfələri vermiş hər kəsin fədakar əməyi var. Amma bu, daha çox Ulu Öndər Heydər Əliyevin milli inkişaf kursunu gənclər siyasəti sahəsində də davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin respublikaya rəhbərliyi dövründə yetişmiş və formalaşmış gəncliyin qazandığı Zəfərdir.
Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançıların yüksək səviyyədə qayğı ilə əhatə olunması, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması, ən əsası isə Olimpiya oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görülmüşdür. Bu gərgin əməyin nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanıb. Prezident İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək və idmanın kütləviləşməsi prosesi özünün inkişafında yeni mərhələyə qədəm qoyacaqdır. İdmançılarımızda vətənpərvərliyi onların nüfuzlu yarışlarda çıxışı zamanı görürük, qəlbən hiss edirik. İdmançılarımızın əldə etdikləri böyük qələbələr xalqımıza qürur hissi yaşadır.
Prezident İlham Əliyev gənclərə dərin etimad bəsləyir və bu etimad bütün sahələrdə özünü doğruldur. Ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha deməyə əsas verir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək.
Mahiyəddin Mazanov,
Yeni Azərbaycan Partiyası Goranoy rayon təşkilatının əməkdaşı.