Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə,həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir.Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara,erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara,şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə,qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir.
Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır.Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir.Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər.Bir sözlə,dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.
Azərbaycanda Qarabağ müharibəsi əlillərinə,veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Hər kəsə yaxşı məlumdur ki,dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının,əlillərinin,şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi,onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Bu gün Qarabağ müharibəsi əlillərinə,şəhid ailələrinə,veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir.Məhz müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar.Şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətlərin ödənilməsi vaxtı-vaxtında təmin edilir.Həmçinin həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişinin verilməsi,yas mərasiminin təşkili üçün həlak olmuş şəxsin valideynlərinə 3 000 manat məbləğində maliyyə yardımının ödənilməsi,aylıq olaraq şəhid ailəsinə 500 manat Prezident təqaüdü verilməsi,şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunması kimi humanist tədbirlərin həyata keçirilməsi şəhid ailərinə dövlət qayğısının ən böyük nümunəsidir.
Bundan əlavə,ölkənin ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi ilə əlaqədar,hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müxtəlif bədən xəsarəti alan əlillərə də dövlət lazım olan hər bir qayğı və diqqəti göstərməkdədir.Belə ki,əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlillik dərəcəsinə uyğun birdəfəlik 8 800,6 600 və 4 400 manat sığorta ödənişi həyata keçirilir,əlillik dərəcəsinə uyğun 250, 230 və 210 manat məbləğində,I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 50 manat məbləğində Prezident təqaüdü ödənilir. Əlilliyi müəyyən edilmiş şəxslərin pensiya hüququ olmadıqda II dərəcə əlilliyi olanlara 130,III dərəcə əlilliyi olanlara isə 110 manat məbləğində müavinət ayrılır,əlilliyi müəyyən edilmiş şəxslərə tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər.
Bütün bunlar,bir daha təsdiq edir ki,sosial cəhətdən həssas əhali qruplarının,o cümlədən əlilliyi olanların,şəhid ailələrinin,müharibə əlilləri və veteranlarının,mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissələrindəndir.
Cavid Mustafayev
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı.