22 Dekabr 2024

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası məqsədilə Birgə Sərhəd Komissiyasının iclası keçiriləcək

Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məqsədilə Soçi Bəyanatına (26 noyabr 2021-ci il) uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının iclasının çağırılması qərara alınıb.

Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Miçelin Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyanla görüşünün yekunlarına dair bəyanatında bildirilib.

Birgə Sərhəd Komissiyasının mandatı Ermənistanla Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarət olacaq.

Bəyanata əsasən xarici işlər nazirlərinə bütün zəruri məsələlərin həll olunacağı gələcək sülh müqaviləsinin hazırlanmasını işləyib hazırlamaq tapşırılması qərara alınıb.//“Report”