Brüssel görüşünə münasibətdə iqtidar-müxalifət mövqeləri toqquşurmu?
Səməd Seyidov: “Biz Vətən Müharibəsində əldə etdiyimiz qələbəmizi ən yüksək səviyyədə təsdiq etdik”
İlqar Məmmədov: “Soçidə sadəcə bəyanatlar qəbul olundu, amma prinsipial qərarlar Brüsseldə elan edildi”
“Biz Vətən Müharubəsində əldə etdiyimiz qələbəmizi ən yüksək səviyyədə Brüsseldə təsdiq etdik”. Musavat.com xəbər verir ki, bu gün bu sözləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə TV Müsavatın efirində yayımlanan “Dərin Təhlil” verilişində “Hücum diplomatiyası: Brüsseldə Zəngəzur dəhlizini aldıqmı, almadıqmı?” mövzusunun müzakirəsi zamanı beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri, professor Səməd Seyidov bildirib. Onun sözlərinə görə, sözügedən görüşdə Azərbaycanın milli maraqları ən yüksək səviyyədə müdafiə olundu: “Yekun sənəddə Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə təsdiqlənməsi, müqəddəratının qorunması, sərhədlərin toxunulmaması sənəddə öz əksini tapdı. Biz Vətən Müharibəsində əldə etdiyimiz qələbəmizi ən yüksək səviyyədə təsdiq etdik. Siz prezentasiya edə bilərsiz. Əks tərəf hansısa səbəblərə görə bunu qəbul etməyə bilər. Bu, həm prezentasiyadır, həm də təsdiqdir. Brüssel Sammiti Azərbaycanın qərbə yönəldilmiş niyyət və istəklərini, əlaqələrini sanki təsdiq etdi. Buna qarşı çıxmış qüvvələr var idi. Gözəgörünən, mütləq vurğulanan məsələ olmalıdır. Bu qələbəni istəmirdilər. Buna qarşı mübarizə aparırdılar. Siz bu qələbəni qazanmısız, işğaldan azad etmisiz torpaqlarınızı. Ancaq biz buna başqa gözlə baxırıq. Ona görə də hansısa formada Ermənistana kömək edəcəyik. Pulunuz var, imkanınız var, özünüz nə edirsizsə edin”.
S.Seyidov bildirib ki, Brüssel sammiti “bu reallığı təsdiq edirəm, Azərbaycan-Ermənistan arasındakı münasibətlərin inkişafına köməklik göstərəcəm” mesajını verdi: “O mesajda həmçinin qeyd olunur ki, qəbul olunan sənədlərin ən yüksək səviyyədə tədqiq olunması, təbliğ olunması, qəbul olunması istiqamətində fəaliyyət göstərəcəm”.
Verilişin digər qonağı ReAL Partiyasının sədri İlqar Məmmədov isə Brüssel görüşü mövzusunda hakim partiya ilə mübahisə ediləcək məqam yoxdur. Onun sözlərinə görə, Brüssel sammiti Soçi səfərindən öncə elan olunmuşdu. Birdən-birə Soçi görüşünün təyin edilməsi bu görüş təşəbbüsünün oğurlanması kimi çıxdı: “Soçidə nəticə yox idi. Görüntü yarandı ki, məqsəd o idi ki, Azərbaycan və Ermənistan Brüssellə əlaqədə bu məsələni həll edə bilməz, Moskva ilə əlaqədə mümkün idi. Brüsseldə Ermənistan və Azərbaycan rəhbərləri təkbətək görüşdülər., dəmiryolunun açılması ilə bağlı elanlar verdilər. Vacib bəyanat səsləndirildi ki, Zəngəzur və Laçın dəhlizlərinin hüquqi rejimləri eyni olmalıdır. Bunu daha öncə gözləyirdik. Bu, doğru yanaşmadır. Yaxşı olardı ki, zamanında səsləndirilmiş olsun. Zəngəzir və Laçın dəhlizlərinin hüquqi rejimləri eyni olmalıdır”.
İ.Məmmədov eyni zamanda qeyd etdi ki, Soçidə sadəcə bəyanatlar qəbul olundu, amma prinsipial qərarlar Şarl Mişelin vasitəçiliyi, Makronun iştirakı ilə keçirilən görüşdə elan edildi: “İlham Əliyev ilk dəfə bu qədər aydın şəkildə Laçın və Zəngəzur dəhlizlərinin hüquqi rejimlərinin eyni olması barədə bəyanat verdi. Yekun sənədlərdə ümumiyyətlə, ATƏT-in minsk Qrupu deyilən şey yox idi, arxivə göndərildi. Brüssel prosesinin fərqi həm də ondadır. Bu mözvularda bizim ReAL partiyası olaraq YAP-ın mövqeyi ilə heç bir fərqimiz yoxdur”.
Verilişin geniş versiyası ilə canlı şəkildə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz.
https://www.youtube.com/embed/zwqQ2-1ReWg
Musavat.com