23 Dekabr 2024

Lavrovdan Qarabağ açıqlaması: “Bəyanatın şərtlərinə əməl olunmalıdır”

Rusiya XİN başçısı: “Bütün vacib məsələlərin həllinin əsas şərti hərbi münaqişənin tam dayandırılmasıdır”

Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonar birgə mətbuat konfransında çıxış edib.

Media1.az xəbər verir ki, Lavrov dünən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xatırladaraq deyib ki, İlham Əliyevlə görüşdə geniş müzakirələr aparıb: “Bu gün isə Ceyhun Bayramovla geniş müzakirələr apardıq. Münasibətlərin daha da inkişafının perspektivləri müzakirə mövzusudur. Bu ilin 4 ayında bizim prezidentlər 5 dəfə telefonla danışıblar. Üçtərəfli bəyanatlara dair öhdəliklərin icrasını müzakirə ediblər. Ölkələrimizin qurumlarının qarşılıqlı əməkdaşlığını yüksək qiymətləndiririk. Pandemiya ilə əlaqədar bizim ölkələr arasında əmtəə dövriyyəsi bir qədər azalsa da, 3 milyon dollar təşkil edir. Bizim münasibətlərimiz, birgə layihələrimiz daha da genişlənəcək. Bizim iqtisadi operatorlarımız Azərbaycandakı iqtisadi sahədə də əməkdaşlığa hazırdır”.

“Bizim ümumi fikrimiz budur ki, gələcəkdə normallaşmanın həyata keçirilməsi üçün ötən ilin noyabrın 10-da imzalanan Birgə Bəyanatın şərtlərinə əməl olunsun. Bütün vacib məsələlərin həllinin əsas şərti hərbi münaqişənin tam dayandırılmasıdır. Bizim hərbçilərimiz azərbaycanlı həmkarları ilə sıx əməkdaşlıq edirlər. Ərazidəki iqtisadi münasibətlərin bərpası Cənubi Qafqazın inkişafına təkan verəcək. Azərbaycan BMT-də Rusiyanı müdafiə edir, dəstəkləyir. Biz Azərbaycan tərəfinə Qoşulmama Hərəkatında müşahidəçi olmaqda bizə kömək göstərdiyinə görə təşəkkür edirik”, – deyə Lavrov qeyd edib.