27 May 2024

“2023-cü il Rusiyanın qələbə ili olmalıdır”- Volodin

“Ötən il baş verən hadisələr prosesləri başlatdı, nəticələri 2023-cü ildə görünəcək. Bu, Rusiya üçün qələbə ili olmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının sədri Vyaçeslav Volodin “Teleqram” kanalında bildirib.

“Ötən il tarixi hadisələr baş verdi. Biz birlikdə ölkəmizin üzləşdiyi çağırışlara və sanksiyalara tab gətirə bildik. Rusiyanın təhlükəsizliyini və suverenliyinin qorumaq üçün prezident tərəfindən taleyüklü qərarlar qəbul edildi. Proseslərə start verilib, nəticələrini 2023-cü ildə görəcəyik. Qarşıdan gələn il vətəndaşlarımızın birliyinə əsaslanan inkişaf ili, ümumi Qələbə ili olmalıdır. Bu qələbəni daha da sürətləndirmək, həm də ölkənin dinc gələcəyi, vətəndaşların rifahı naminə hər kəs öz sahəsində daha səmərəli işləməlidir”, – Volodin yazıb.

Onun sözlərinə görə, ilin əvvəli təkcə ölkənin deyil, bütün dünyanın inkişafında çox şeyi müəyyən edəcək.