Əfqanıstanda partlayış törədilib, 30 nəfər ölüb
Əfqanıstanın şərqində yerləşən Lohar əyalətində partlayış törədilib, ölən və xəsarət alanlar var.
APA-nın xəbərinə görə, bu barədə 1TV telekanalı yerli hakimiyyətə istinadən xəbər yayıb. Bildirilib ki, hadisə əyalətin paytaxtı Pol-e Alam şəhərində qeydə alınıb. Partlayış zamanı ən azı 30 nəfər ölüb, 60-dan çox insan xəsarət alıb.
Hadisəyə görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.