25 Sentyabr 2022

Zelenski Rusiyanın itkilərindən danışdı: “Ordumuzla fəxr edirik”

Ukrayna prezidenti Zelenski xalqa müraciətində Rusiyanın 200 günlük müharibədə itkilərini sadalayıb.

Media1.az xəbər verir ki, Zelenski açıqlamasında Ukrayna ordusunun mübarizəsini də yüksək qiymətləndirib: “Ordumuz düşmənin 2000-dən çox tankını, 4500 zirehli döyüş maşınını, 1000-dən çox artilleriya sistemini, 250 təyyarəsini və 200 helikopterini, 1500-ə yaxın pilotsuz təyyarəsini məhv edib. İtkilər xüsusilə Xarkov vilayətində, düşməni uğurla dəf etdiyiniz Donetsk vilayətindədir. Bu gün sizin

Ukraynanın şimalında, cənubunda və şərqindəki mübarizənizi hər kəs görür və alqışlayır. Siz dünyaya təsir etdiniz. Düşmən panikaya düşür. Ukrayna öz ordusu ilə fəxr edir, ona inanır, onun üçün dua edir və gözləyir”.