Zelenski jurnalistlərə kabab bişirdi – FOTOLAR

İyunun 6-da Ukrayna Prezidenti Vladimir Zelenski KİV nümayəndələri ilə təbiətdə qeyri-rəsmi görüş keçirib.
Pravda.az xəbər verir ki, hər il bu tarixdə Ukraynada Jurnalistlər günü qeyd olunur.
“Jurnalistlərin peşə bayramı ərəfəsində onlarla gün keçirdim. Bu dəfə – öz əllərimizlə hazırladığımız kabab, əla hava və həmişə olduğu kimi dostluq ab-havası. Tabusuz söhbət, kəskin suallar və mənim dürüst cavablarım. Belə görüşlərin artıq yaxşı ənənəyə çevrilməsi xoşdur”, – Zelenski instaqram səhifəsində yazıb.
Qeyd edək ki, Ukrayna Prezidenti bir il əvvəl də analoji görüş keçirib. Onda Prezident və media işçiləri velosiped sürmüşdülər.



